Tarixi 44 günlük İkinci Vətən Müharibəsində igidlik göstərmiş, qanı ilə qəhrəmanlıq dastanı yazmış oğullardan biri də biləsuvarlı Qafur Hafiz oğlu Hüseynlidir. Keçmiş hərbçi, gizir və İkinci Vətən Müharibəsindən, yaralanmasından az qala üç il keçməsinə baxmayaq, hələ də əlillik haqqını ala bilməyən Vətən sevdalısı Qafur Hüseynli...
Qafur 1995-ci ilin oktyabr ayının 22-də Biləsuvar rayonunun Çaylı kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra, 2013-cü ildə həqiqi hərbi xidmətə çağırılıb və Naxçıvan Muxtar Respublikasında (NMR) yerləşən “N” saylı hərbi hissələrindən birində həqiqi hərbi xidmət keçib.
Həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra evinə, ailəsinə dönüb. 23 oktyabr 2016-cı ildə isə gizir və tank komandiri olaraq, yenidən Ordu sıralarına yazılıb, hərbçi kimi xidmətə başlayıb. Və bir Vətən sevdalısı, hərbçi, Gizir kimi İkinici Vətən Müharibəsinin ilk günündən, ilk saniyəsindən də cəbhənin ən ağır nöqtələrində olub. Tərtər-Ağdərə, Talış-Suqovuşan istiqamətlərində döyüşüb, vuruşub, qəhrəmanlıqlar, igidliklər nümayiş etdirib. Toyuqlu pizza
Talış-Suqovuşan istiqamətində, oktyabrın ayının 21-də qanlı döyüşlərin birində isə sağ ayağından ağır şəkildə yaralanıb, barmağının biri travmatik şəkildə qopub, digər barmağı isə kəsilib. Həmçinin, ağır kəllə-beyin travması, kontuziya alıb.
Əməliyyatdan, uzun müddət müalicə-müayinələrdən keçib. Qazimizin igidliyi, qəhrəmanlığı dövlətimiz, Ali Baş Komandan tərəfindən də dəyərləndirilib, “Cəsur döyüşü” medalı ilə təltif edilib.
Evli, ailəli olan qazimizin hazırda da səhhəti tam düzəlməyib, yaxşı deyil.
Qafur Hüseynlinin dediklərindən:
“Diqqət və qayğıya ehtiyacım var. Biz canımızı, sağlamlığımızı bu Vətən üçün əsirgəmədik. İnanıram ki, müvafiq qurumlar da özlərinin diqqət və qayğısını bzidən əsirgəməyəcək”.
A.Zeynalov
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.
Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Telegram kanalımız