Üç meymunu oynayan şou-biznes -   Yazı

saytların hazırlanması

Evə çatdırılma

Üç meymunu oynayan şou-biznes - Yazı

Şou

24 May 2019 09:14 1364


Bizim müğənnilər sənətçi anlayışını ancaq mikrafonla öpüşməkdə, sənətçinin xalqa xidmətini isə toyda oxumaqda görür. “Gedim toyda oxuyum, 3-5 qazanım, aparım ailəmə” fəlsəfəsi ilə böyüyən və çoxalan bu müğənnilərə cəmiyyətdə baş verən heç bir prosses maraqlı deyil. 

Mavi qaza tətbiq olunan limitin ləğv edilməsi müzakirə mövzusu olan bir gündə kişi sənətçilərimizlə əlaqə saxlayıb bu haqda nə düşündüklərini soruşdum. Əksəriyyət dedi ki, mənim heç qazın qiymətindən xəbərin yoxdur. Bəs, bu adam necə xalqın sənətçisi olur? Xalqın halını anlamayan, amma xalqın toyunda yarım saat oxuyub 1000 manat alan birinin xalqın halından xəbəri olmamasının günahkarı özüdür. 

Bəzi sənətçilər isə dedi ki, qiymət nə qədər olacaqsa, o qədər ödəyəcəyəm. Qoy, evimə bir parça görək aparım... Davamını özünüz təxmin etdiniz.   Pepperoni pizza

Sadəcə, anlamırlar ki, bunları minlərlə insan sosial şəbəkələrdə izləyir. Edəcəkləri bir paylaşım, bölüşəcəkləri bir fikir kütləni aydınlaşdıra bilər. Amma bunlar öz dəbdəbəli həyatlarını, tutduqları toyun bahalığını, geyimlərini  və maşınlarını nümayiş etdirirlər. Sanki bir-birinə acıq verirlər.

Türkiyədə Özgəcan adlı bir qıza təcavüz edib və sonra yandırmışdılar. Türk məşhurların bu məsələdə həssaslığı və etdikləri paylaşımlar dövlət qurumlarının işə qoyulmasına birə-beş təsir etdi və qatillər tutularaq həbs edildi. Bunu boşuna yadınıza salmadım. 

Bu yaxınlarda 40-ı çıxan Elina haqqında danışaq. Daha doğrusu ona edilənlərə səssiz qalan və onun anım günlərində məktəbini ziyarət edib, Allahın bir qərənfilini ora qoymağı ar bilən sənətçilər haqqında. Digər məsələləri başa düşdük, müxalif olub çörək pulunuzdan olmaq istəmirsiniz, xub. Bəs bu məsələdə səssiz qalmağınızı nəyə bağışlayaq? Hə? Sizin də uşağınız var da. Camaat uşağının boğazından kəsib sizi toya dəvət edir, siz də o pulu öz uşağınıza yedirəndə digər şeyləri də fikirləşin.  

Tutaq ki, uşaqlarınızı düşünmürsünüz. Bəs vətəninizi necə, düşünürsünüz? İnanmıram. Çünki bütün günü Azərbaycan həqiqətlərini , Qarabağ problemini ağzından düşürməyən Fuad Abbasovun həbsinə biganə qaldınız. Bilirsiniz o harada həbs olunub? Ansamblınızın hər üzvünün təyyarə biletinə kimi aldıraraq getdiyiniz Rusiyada. Hansınız öz hesabında ən azından paylaşıb sizi izləyən məlumatsız insanları məlumatlandırdınız?  

Uzağa getməyin, türk mediasını izləyin. Görün orada sənətçilər xalq üçün necə can yandırır. “Gezi Parkı” hadisələrində sənətçilər də xalqla birlikdə küçəyə tökülüb, onlarla yuxusuz qalıb, əl-ələ verib qalib gəlmişdilər. Gələk, yaxın keçmişə. İstanbulda bələdiyyə seçkilərinin ləğv olunmasından sonra sənətçilər sosial mediada tüğyan etdi. 

Əlqərəz, bir az xalqı və xalqın taleyini də düşünün. Nəzərə alsaq ki, cəmiyyətin çox faizinin zövqü yoxdur, demək ki, sizi izləyənlər çoxdur.

Əcəmi Əsədulla


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!