Ucarda xəstəxanada hemodializ xəstəsi vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Ucarda xəstəxanada hemodializ xəstəsi vəfat etdi

Sosial

16 İyul 2026 13:14 69


Ucar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, 56 yaşlı hemodializ xəstəsi Nizami Hüseynov tibb müəssisəsində dünyasını dəyişib.

TƏBİB-dən bildirilib ki, 1970-ci il təvəllüdlü şəxs hemodializ prosedurunun aparılması üçün xəstəxanaya müraciət edib. pizza mizza

Prosedurdan əvvəl pasiyentin çəkisi və arterial təzyiqi ölçülüb, tibbi qaydalara uyğun hazırlıq işləri aparılıb. Lakin hemodializə başlanılmazdan əvvəl xəstə özünü narahat hiss etdiyini bildirib.

Bununla əlaqədar Təcili tibbi yardım şöbəsindən həkim çağırılıb. Pasiyent müayinə olunduqdan sonra reanimasiya tədbirlərinə başlanılıb.

Təxminən 30 dəqiqə ərzində süni tənəffüs, ürəyin qapalı masajı və digər zəruri tibbi müdaxilələr həyata keçirilib. Lakin görülən tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Nizami Hüseynovun bioloji ölümü iyulun 15-i saat 14:20 radələrində qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!