Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, 15 yaşlı rayon sakini Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.
Aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm uşaq dünyaya gətirib. Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahı kafi vəziyyətdə aprelin 17-də sahə həkim mama-ginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.
***
Ucarda yeniyetmə qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan bildirilib.
"Daxil olan məlumata görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir", məlumatda deyilir.
Telegram kanalımız