Üçlüyün Ağ Evə girişinə qadağa götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Üçlüyün Ağ Evə girişinə qadağa götürüldü

Dünya

25 Sentyabr 2026 17:25 46


ABŞ Prezidenti Donald Trampın administrasiyası CNN, MS NOW və "Politico" jurnalistlərinin Ağ Evə girişinə yenidən icazə verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə sözügedən media qurumları məlumat yayıb.

Məhkəmə həmin jurnalistlərin Ağ Evə girişinin 14 gün müddətinə bərpa olunmasına qərar vermişdi. Bununla belə, müxbirlər səhər saatlarında yenidən maneələrlə qarşılaşıblar. Pepperoni pizza

Media qurumlarının məhkəməyə müraciətindən sonra jurnalistlərin girişinə icazə verilib. CNN və "Politico" əməkdaşları da buraxılış vəsiqələrinin bərpa edildiyini təsdiqləyiblər.

Xatırladaq ki, Tramp sentyabrın 18-də 3 media qurumunun müxbirlərinin Ağ Evə girişini məhdudlaşdırmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!