Ucuz aviabiletlər - Bu, sadəcə şirnikləndirmədir?

saytların hazırlanması

Evə çatdırılma

Ucuz aviabiletlər - Bu, sadəcə şirnikləndirmədir?

Sosial

25 Dekabr 2022 11:25 744


"Birdən-birə minlərlə ucuz aviabiletin satışa çıxarılması adi qaydada satılan bilet qiymətlərinə də təsirsiz ötüşməyəcək. Bu kampaniya xüsusilə yay aylarında biletlərin bahalaşmasının qarşısını ala və turpaketlərin ucuzlaşmasına səbəb ola bilər".

Yenisabah.az Xəzər TV-yə istinadla xəbər verir ki, bunu turizm üzrə ekspert Rəhman Quliyev deyib.

O hesab edir ki, bu cür kampaniyalar mütəmadi olmalıdır. Ekspert düşünür ki, bu təşəbbüs həm yay aylarında sıxlığa təsir edə, həm də qiymətlərin bahalaşmasının qarşısını ala bilər. pizza mizza

Xüsusilə xarici ölkələrə təşkil edilən turların qiymətlərinin nisbətən enəcəyi gözlənilir.

Ekspert deyib ki, əksər hallarda turların baha olmasının səbəbi aviabiletlərin mövsümi vaxtlarda kəskin bahalaşması olur.

Qeyd edək ki, ''Buta'' hava yolları 10 min aviabileti endirimli qiymətlərlə satışa çıxarıb. Ən ucuz aviabilet 29 avrodan başlayır. Məhdud sayda olsa da, hələlik aviabiletlərdən qalan var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!