Son iki mövsüm avrokuboklara vəsiqə qazana bilməyən “Neftçi” bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.
"Yeni Sabah" xəbər verir ki, Bakı təmsilçisi Belarusun “Dinamo Minsk” klubunu qəbul edib.
“Palms Sport Arena”da keçirilən qarşılaşma saat 20:00-da başlayıb. Dominos pizza
Görüşün baş hakimi kiprli Konstantinos Fellas olub.
İlk hissə “ağ-qaralar”ın 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra hücumlarını artıran qonaqlar ardıcıl üç dəfə fərqlənərək hesabda geridönüş ediblər. Qarşılaşma “Dinamo”nun 4:2 hesablı qələbəsi ilə başa çatıb./Apasport.az
Telegram kanalımız