ABŞ müdafiə naziri Lloyd Ostin çərşənbə günü Pentaqonda Ukraynanın Baş naziri Denis Şmıxalı qəbul edib.
Ostin Ukrayna Nazirlər Kabinetinin rəhbərinə Kiyevin nümayiş etdirdiyi şəffaflıq səviyyəsinə görə minnətdarlığını bildirib. Deyib ki, bu, ABŞ-ın yardımlarının Ukraynanın müdafiəçilərinə göndərilməsində mühüm amildir.
Pentaqon rəhbəri çıxışında vurğulayıb: "Biz on milyardlarla dollarlıq təhlükəsizlik yardımı öhdəmizə götürdük. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə HIMARS və haubitsalar, NASAMS və IRIS-T, Stryker və Leopard və bir çox başqa sistemlər tədarük etdik. Bu da döyüş meydanında müsbət nəticələrə gətirib çıxardı”. Dominos pizza
Şmıqal isə bildirib ki, Ukrayna hələ də intensiv hərbi dəstəyə, daha çox hava hücumundan müdafiə sistemlərinə, ağır artilleriyaya, minaatanlara və sursatlara ehtiyac duyur. Ukrayna həmçinin onu uzaqmənzilli raketlərlə təmin etmək imkanlarına yenidən baxmağı xahiş edir.
“Özümüzü və Avropanı qorumaq üçün bizim daha çox ağır texnikaya, eləcə də təyyarələrə ehtiyacımız var”, - deyən Ukraynanın Baş naziri, ABŞ-ın tank koalisiyasına qoşularaq Ukraynaya “Abrams” tankları, eləcə də “Bredli” döyüş maşınları ilə təmin edilməsi qərarını alqışlayıb.
Ətraflı
Onun sözlərinə “Stryker” piyada döyüş maşınları əks-hücumun müvəffəqiyyətlə başa çatmasında əhəmiyyətlidir və onun tədarünü də artırmaq lazımdır.
Ukraynanın Baş naziri həmçinin ABŞ-ı Kiyevə qırıcı təyyarələrin tədarükü üzrə koalisiyaya üzv olmağa dəvət edib.
“ABŞ Ukraynanı ”F-15” və ya “F-16” qırıcı təyyarələri ilə təmin etməklə liderliyini bir daha nümayiş etdirə bilər”, - Denis Şmıqal vurğulayıb. /AzPolitika.info
Telegram kanalımız