Ukrayna geri addım atmağa hazırdır: Zelenski şərtini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna geri addım atmağa hazırdır: Zelenski şərtini açıqladı

Dünya

21 Sentyabr 2026 19:50 253


Ukrayna Rusiya neft emalı zavodlarına zərbələr endirməyi dayandırmağa hazırdır. Bunun müqabilində Kiyev Moskvanın Ukraynanın enerji infrastrukturuna hücumları dayandırmasını istəyir.

"Yeni Sabah" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində bildirib.

Zelenski qeyd edib ki, Ukraynanın enerji sektoru, kritik infrastrukturu və ərzaq ixracı marşrutları Rusiya üçün hədəf olmamalıdır. Onun sözlərinə görə, bu halda Kiyev də müvafiq deeskalasiya addımları atmağa hazırdır. Dördpendirli pizza

Bu bəyanat Zelenskinin ABŞ Prezidenti Donald Trampla BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüşü ərəfəsində səslənib. Tərəflərin sentyabrın 20-də telefon danışığı zamanı görüş barədə razılığa gəldikləri bildirilir.

Məlumata görə, daha əvvəl Tramp Zelenski ilə telefon danışığında Rusiya neft emalı zavodlarına hücumların dayandırılmasını istəyib. Məlumata əsasən, ABŞ prezidenti bu hücumların qlobal dizel yanacağının qiymətlərinə təsir etdiyini bildirib.

Öz növbəsində, Moskva Ukraynanın enerji obyektlərinə zərbələr endirdiyini və Rusiyanın buna cavab verdiyini bildirir. Bu, Rusiya tərəfinin mövqeyidir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!