Ukrayna ilə Rusiya arasında hərbçilərin meyitlərinin növbəti dəfə mübadiləsi həyata keçirilib.
Yenisabah.az “Azov Patronaj Xidməti”nə istinadla məlumat verir ki, bu dəfə Ukraynaya 150-yə yaxın meyit təhvil verilib. Məlumata görə, meyitlərin olması ehtimal edilən yerlərin aşkarlanması üzrə işlər davam edir.
Qeyd edək ki, sonuncu dəfə dekabrın 27-də Ukrayna ilə Rusiya arasında hərbçilərin meyitlərinin qaytarılması prosesi həyata keçirilib. O zaman Ukraynaya 42 meyit təhvil verilib. Ümumilikdə, may ayından bəri 1.000-ə yaxın döyüşçünün meyiti Ukraynaya qaytarılıb. pizza
Telegram kanalımız