“Ukrayna müharibəsinə görə, böyük travma  yaşamayacağıq” – Azad İsazadə

saytların hazırlanması

Evə çatdırılma

“Ukrayna müharibəsinə görə, böyük travma  yaşamayacağıq” – Azad İsazadə

Sosial

25 Fevral 2022 10:02 1081


“Biz müharibəyə öyrəşmiş bir xalqıq”. Bunu Yenisabah.az-a açıqlamasında psixoloq Azad İsazadə deyib.

Onun sözlərinə görə, Ukrayna müharibəsinə görə Azərbaycan vətəndaşları mühüm travmatik psixoloji vəziyyət yaşamayacaq: “Müharibə şəraitində yaşadığımıza görə, bunları görmüşük. Şəhid də verirdik, yaralılarımız da var idi. Lakin təlaş yaranmamışdı. Daha faciəli anları yada salaq. Xatırlasaq, görərik ki, vaxtı ilə Bakıya da tanklar girmişdi”.

Psixoloqun sözlərinə görə, müharibə görən bir xalq kimi Ukraynada baş verən hadisələrə təpki verməmək qeyri-mümkündür: “Ukrayna Azərbaycanla müqayisədə daha böyük ölkədir. Sözsüz ki, müəyən həyəcan da keçiririk, həmrəylik hissi də var. Amma böyük psixloji travma  yaşamayacağıq. Sezar pizza

Bu faciə dünya müharibəsinə də çevrilə bilər. Müharibə Avropanın mərkəzində bütün yaxın ölkələrə təsir edəcək. Heç kim belə hadisələrə sevinmir. Lakin baş verənləri milli faciə kimi də qəbul etməməliyik.

Bəli, müharibə olmamalıydı, təəssüf ki, oldu. İndi yeni şəraitə uyğun yaşamağa öyrəşməliyik”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!