Ukrayna Radası Saakaşvilinin azad edilməsi tələbi ilə Gürcüstana müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Radası Saakaşvilinin azad edilməsi tələbi ilə Gürcüstana müraciət etdi

Dünya

07 Fevral 2023 09:16 518


Ukrayna Ali Radası Mixail Saakaşvilinin xaricə müalicə üçün təcili göndərilməsinin zəruriliyi ilə bağlı Gürcüstana, Avropa Parlamentinə, Aİ Şurasına, Avropa Komissiyasına, AŞPA-ya və Avropa İttifaqına üzv ölkələrin parlamentlərinə müraciətlə bağlı qətnamə layihəsini dəstəkləyib.

Bu qərara 311 deputat müsbət səs verib.

Millət vəkilləri Gürcüstan hökumətindən Saakaşviliyə lazımi tibbi yardım göstərməyi və lazımi müalicə üçün onun xaricə aparılmasına icazə verməyi xahiş ediblər. pizza

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünya ictimaiyyətini Saakaşvilinin həyatını xilas etməyə və onun edamının qarşısını almağa kömək etməyə çağırıb. Eyni zamanda, Ukrayna artıq rəsmi olaraq Gürcüstandan onun müalicəyə göndərilməsini xahiş edib.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!