"Rusiya Ukrayna taxılının ixracı ilə bağlı danışıqlara hazırdır".
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Əgər söhbət Ukrayna taxılından gedirsə, o, limanlarını açmalı, minaları təmizləməli və ya minalanmış sahələrdən təhlükəsiz keçidi təmin etməlidir. Ukrayna-Rusiya-Türkiyə gəmilərin təhlükəsizliyini təmin etməyə hazırdır. Hətta onları boğazlardan keçirməyə və sonra Aralıq dənizində çıxmasını təmin etməyə də...” - deyə nazir vurğulayıb. Dominos pizza
Telegram kanalımız