Ukrayna Təhlükəsizlik Şurası: “Rusiya yeni hücuma hazırlaşır”

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Təhlükəsizlik Şurası: “Rusiya yeni hücuma hazırlaşır”

Dünya

28 Yanvar 2023 11:39 699


“Rusiya fevralın 24-nə kimi Ukraynaya yeni hücuma hazırlaşır”.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oleksiy Danilov deyib.

O bildirib ki, Rusiya müharibənin ildönümünə qədər müəyyən nailiyyətlər əldə etməyə çalışacaq: “Rusiya cəbhənin müxtəlif istiqamətlərində uğurlar əldə etməyə səy göstərəcək. Onların əsas məqsədi Luqansk və Donetsk vilayətlərinin sərhədlərinə çıxmaqdır. Qarşı tərəf artıq bir həftədir ki, Zaporojye istiqamətində yeni qoşun toplayır”. Dominos pizza

O.Danilovun sözlərinə görə, Rusiyanın müharibədə qalib gəlmək şansı sıfırdır: “Bunu düşmən özü də bilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!