Ukrayna yanvarda  6500 hərbçi itirib - Şoyqunun iddiası

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna yanvarda 6500 hərbçi itirib - Şoyqunun iddiası

Dünya

07 Fevral 2023 15:35 645


"Bu ilin ilk ayı ərzində Ukrayna Silahlı Qüvvələrinin itkiləri 6500-dən çox olub". 

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu iddia ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu çıxış edib. 

Şoyqu iddialarını belə davam etdirib: "2023-cü ilin yanvar ayında Ukrayna Silahlı Qüvvələri 26 təyyarə, 7 helikopter, 208 pilotsuz uçuş aparatı, 341 tank və digər zirehli texnika, 40 döyüş maşını itirib".  pizza mizza

"ABŞ və müttəfiqləri ağır hücum silahları verməklə Ukraynadakı münaqişəni mümkün qədər uzatmağa çalışır. Onlar açıq şəkildə Ukraynanı Rusiya Federasiyasının ərazilərini ələ keçirməyə çağırır. Bu hərəkətlər NATO ölkələrini münaqişəyə cəlb edir və onun eskalasiyasının gözlənilməz həddə çatmasına gətirib çıxara bilər", - deyə nazir bildirib. 

O, Uqledar və Baxmutda döyüşlərin getdiyini əlavə edib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb./Modern.az   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!