Ukraynadan Rumıniyaya keçən azərbaycanlılar nə zaman vətənə dönəcək?

saytların hazırlanması

Evə çatdırılma

Ukraynadan Rumıniyaya keçən azərbaycanlılar nə zaman vətənə dönəcək?

Sosial

04 Mart 2022 14:56 1234


“Azərbaycanlıların Ukraynadan Rumıniyaya daxil olması fevraldan 28-dən başlayıb”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Diaspor TV-yə Rumıniyadakı Azərbaycan diaspor təşkilatının rəhbəri Vaqif Həsənov deyib.

Onun sözlərinə görə, bu gün 1000 -dən çox azərbaycanlı Rumıniyaya təxliyə olunub: Marqarita pizza

“Azərbaycanlıların Ukraynadan Rumıniyaya daxil olması 28 fevraldan başlayıb. Onları qalacaq yerlə, ərzaqla təmin olunub. Həmvətənlərimizdən bəziləri Bakıya təxliyə olundular. 45-ə yaxın həmvətənlimiz Türk Hava Yolları vasitəsilə İstanbula çatdırıldı”.

V.Həsənov qeyd edib ki, artıq otellərdə yer olmadığına görə, həmvətənlərimiz idman zallarında yerləşdirilib:

“Bəzi həmvətənlərimiz avtobus və öz şəxsi avtomobilləri ilə Rumıniya sərhədindən keçdilər. Onlar Azərbaycana Rumıniya, Bolqarıstan, Türkiyəni keçməklə gələ bilərlər. Birbaşa aviareys yoxdur.

Artıq Rumıniyada boş otel tapmaq çətindir. Çünki Ukraynadan gələn insanlar otelləri bron ediblər. Buna görə onları idman zalları, müvafiq yaşayış yerlərində yerləşdiriblər”.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!