Ukraynanın Aİ-yə qəbulu ilə bağlı danışıqlar yaxın həftələrdə başlaya bilər.
"Yeni Sabah" Bloomberg-ə istinadla xəbər verir ki, mənbə Aİ liderləri danışıqların birinci mərhələsinin başlanması üçün şərtlərin artıq yerinə yetirildiyi qənaətinə gəldiyini bildirib.
O əlavə edib ki, potensial qoşulma üçün konkret vaxt hələ müəyyən edilməyib.
Əvvəllər Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin Aİ-yə tam üzvlüyə ümid etdiyini və assosiativ statusu nəzərdən keçirmədiyini bildirmişdi. Lakin Aİ daxilində ölkənin sürətləndirilmiş qəbulu ilə bağlı şübhələr qalmaqdadır.
Telegram kanalımız