“Ukraynaya maraq zamanla azala bilər“ - Amerikalı konqresmen

saytların hazırlanması

Evə çatdırılma

“Ukraynaya maraq zamanla azala bilər“ - Amerikalı konqresmen

Dünya

21 İyul 2022 18:12 609


"Ukrayna ordusunun böyük uğurları olmadığından ABŞ Konqresində Ukraynaya maraq zamanla azala bilər".

Yenisabah.az xəbər verir ki, bu fikri  Nümayəndələr Palatasının Silahlı Qüvvələr Məsələləri Komitəsinin Kəşfiyyat və Xüsusi Əməliyyatlar üzrə Alt Komitəsinin nümayəndəsi Ruben Qalyero bildirib.

"ABŞ prezidenti Co Baydenin nümayiş etdirdiyi liderlik keyfiyyətləri Konqresin Ukraynaya dəstək üçün birləşməsində mühüm rol oynayıb", - deyə Qalyero qeyd edib. - İndi biz Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini eşidirik. Dəstəyi saxlasaq, onlar dözə və müqavimət göstərə biləcəklər. Amma qorxuram ki, zaman keçdikcə, böyük qələbələr görməsək, Konqresin bir çox üzvləri hiss edəcəklər ki, hər şey lazım olduğu kimi getmir və tədricən onların marağı dayanacaq”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!