Ülviyyə Alovlu: Axtarışa verilməyimə dair  o qərardad haradadır?

saytların hazırlanması

Evə çatdırılma

Ülviyyə Alovlu: Axtarışa verilməyimə dair o qərardad haradadır?

Şou

16 May 2023 17:42 1330


Jurnalist Ülviyyə Alovlunun axtarışa verildiyi deyilir. 

Yenisabah.az xəbər verir ki, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində qırar çıxarıldığı iddia olunur.

İddialara görə, dəfələrlə çağırış göndərilməsinə baxmayaraq, Ülviyyə Alovlu (Muradova) cavabdeh olduğu məhkəmə iclaslarına gəlməyib. Buna görə bir müddət öncə onun barəsində məhkəməyə məcburi gətirilmə qərarı çıxarılıb. Bununla belə onun məhkəməyə gətirilməsi mümkün olmayıb. Qeyd edilən situasiyanı nəzərə alaraq, məhkəmə Ü.Alovlunun barəsində axtarış qərarı çıxarıb. Dominos pizza

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Ülviyyə Alovlu bu məlumatın tamamilə yanlış olduğunu, haqqında belə bir qərarın çıxarılmadığını deyib.

“Qərar var" deyirlərsə, qərardadı paylaşsınlar. Peşəkar jurnalist məlumatın düzünü yazar, həqiqəti öyrənib, sonra yayar, Floranın sifarişi ilə belə xəbərlər yazmaz. Belə bir qərar varsa, göstərsinlər, görək o qərardad haradadır. Polis də, məhkəmə də bu mövzunu təkzib edir”.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova xüsusi ittiham qaydasında Ülviyyə Alovluya məhkəməyə şikayət edilib. Tərəflər arasında qalmaqala səbəb Ü.Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!