“Hərbçilərin maaşı ilə bağlı məsələ tezliklə həllini tapacaq” - Deputatdan mühüm  AÇIQLAMA
25 Fev 2021 22:15
653

“Hərbçilərin maaşı ilə bağlı məsələ tezliklə həllini tapacaq” - Deputatdan mühüm AÇIQLAMA

“Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan və hazırda xidmət çəkən hərbiçilərin fədakarlığının heç bir maddi qarşılığı ola bilməz”. 

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib. 

Deputat bildirib ki, hərbçilərin əməkhaqqı ilə bağlı məsələ hər birimizi narahat edir: “Bəzi səhifələrdə Milli Məclisin sədri Sahibə Qafarovanın adından “Hərbiçilərə 2 qat əməkhaqqı lazım deyil" tipli açıqlamalar tamamilə yalandır. Bu fikri, ümumiyyətlə, heç bir deputat səsləndirməyib. Əksinə, bu məsələ hər birimizi narahat edir və bununla bağlı mən də Milli Məclisin deputatı kimi Müdafiə Nazirliyinə şifahi deputat sorğusu edərək aidiyyəti komitə rəhbərlərinə məruzə etmişəm. Bildirilib ki, “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə uyğun olaraq, döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanıb və ödənilib”. 

Deputat nəzərə çatdırıb ki, bununla yanaşı  işğaldan azad edilmiş ərazilərdə xidmət edən, o cümlədən hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə alınmaqla, hərbi qulluqçuların əmək haqlarına əlavələr əmsallar formasında ediləcək: “Bununla bağlı olaraq, aidiyyəti qurumlar tərəfindən müvafiq fəaliyyət həyata keçirilib. Yaxın zamanlarda, hərbi qulluqçuların əmək haqlarına əlavələrin verilməsi Nazirlər Kabinetinin qərarı formasında təmin ediləcək”.

K. Cəfərov qeyd edib ki, bəzi problemlərin həlli xüsusi fəaliyyət tələb edir: “Misal üçün deputat sorğusu, vəzifəli şəxslərin Milli Məclisə dəvət edilməsi, vəzifəli şəxslərlə kommunikasiya və s. Ona görə də vətəndaşları narahat edən istənilən məsələlərdə bu imkanlardan tam istifadə edilməlidir. Bu isə bizim vəzifəmizdir. Ümid edirəm ki, hərbçilərimizlə bağlı məsələ tez bir zamanda həllini tapacaq. 

Bəzən müşahidəm göstərir ki, çox təssüf ki, sosial şəbəkələrdə bəzi şəxslər bu cür həssas mövzulardan populizm naminə və siyasi məqsədlər üçün istifadə edir”. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər