“Ümidlərimizin və gələcəyimizin təslim edildiyi gün” – Erməni nəşrinin ağlaşması

saytların hazırlanması

Evə çatdırılma

“Ümidlərimizin və gələcəyimizin təslim edildiyi gün” – Erməni nəşrinin ağlaşması

Rəsmi

28 Sentyabr 2021 11:00 827


“Son illərin bizim üçün ən çətin günü, ehtimal ki, 9 Noyabr 2020-ci il tarixi idi. O vaxt göy üzü uçmuş kimi görünürdü və 44 gün ərzində gördüyümüz kiçik ümidlər Baş nazirin bədbəxt bir sənədə imza atdığını öyrəndikcə yox oldu”. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri mövzunu belə davam etdirib: 

“Müharibənin dayandırıldığı, ancaq düşmən tərəfindən hərbi əməliyyatlarla işğal edilmiş ərazilərin deyil, ümidlərimizin və gələcəyimizin təslim edildiyi gün. O gün hamımız çox qəzəbləndik, amma qarşıdakı ayların daha çətin olacağını təsəvvür edə bilməzdik. Bilməzdik ki, döyüşmədən və itkilər vermədən belə itirməyə davam edəcəyik”.

Daha sonra “Hraparak”da qeyd olunur:

“Yeni əraziləri təhvil verməyə davam edəcəyik, hər addımda yanımızda düşmən bayraqları görəcəyik, vətəndaşlarımız yollardan girov götürüləcək, azərbaycanlılar Ermənistan Respublikası ərazisini ələ keçirəcək və biz bunun öhdəsindən gələ bilməyəcəyik. Onları yurdumuzdan qovmaq üçün heç nə edə bilməyəcəyik. Üstəlik, bizə qarşı olan psixoloji və təbliğat hücumu davam edəcək. Şuşada keçirilən Azərbaycan bayramları və mötəbər hadisələri buna sübutdur. Onların Zəngəzura qarşı iddiaları olsa da, cəmiyyətin buna qarşı hansısa bir cavabı yoxdur.

Erməni rəsmilərin sülh və blokadadan çıxarmaq təkliflərinə gəlincə, bu, yalnız erməni xalqı üçün istehza və təhqirdir. Ərdoğan Paşinyanla ilkin şərtlərlə görüşəcək, amma Türkiyənin xarici işlər naziri Ermənistanın xarici işlər naziri ilə görüşməyəcək və Azərbaycanın icazəsi olmadan heç nə etməyəcək”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!