Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş bilik yarışması keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş bilik yarışması keçirilib

Sosial

10 İyun 2022 12:03 1480


“Tək bir Yer Kürəmiz var” devizi altında Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş toplantı çərçivəsində bilik yarışması keçirilib

Bu barədə "Yeni Sabah"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilən intellektual yarışda ali təhsil müəssisələrində təhsil alan tələbələr, ekokönüllülər və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. 

Ətraf mühitin mühafizəsi və ekoloji məsələlərə yönəlmiş mövzularla əhatə olunan bilik yarışmasının məqsədi gənclərin ekoloji sahədə biliklərinin artırılmasıdır.  Toyuqlu pizza

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, təhsil naziri Emin Əmrullayev, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Səməd Seyidov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Çaru Bista, eləcə də, digər beynəlxalq təşkilatların nümayəndələrinin, səfirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarının və məşhur simaların  iştirak etdiyi toplantının sonunda yarışmanın qalibləri mükafatlandırılıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!