“Ümumdünya Su-Bataqlıq Əraziləri günü” milli parklarda qeyd olunacaq

saytların hazırlanması

Evə çatdırılma

“Ümumdünya Su-Bataqlıq Əraziləri günü” milli parklarda qeyd olunacaq

Sosial

31 Yanvar 2022 11:29 802


2 fevral “Ümumdünya Su-Bataqlıq Əraziləri günü” ilə əlaqədar Qızılağac, Şirvan, Abşeron və Ağgöl milli parklarında ziyarətçilər üçün “quşların müşahidəsi (birdwatching)” təşkil olunacaq. 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, quşların müşahidəsi turizminə diqqəti cəlb etmək və onların qorunmasının vacibliyini təşviq etmək məqsədilə milli parkları ziyarət edən turistlər köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Qızılağac Milli Parkında “Turac”, Abşeron Milli Parkında “Şah dili”, Şirvan Milli Parkında “Qızılqaz gölü”, Ağgöl Milli Parkında isə “Böyük Ağgöl” marşrutlarında bir çox ornitofauna növlərini müşahidə edə biləcəklər.

“Avrasiyadakı köçəri quşların miqrasiya yollarından biri Azərbaycan ərazisindən keçir və bu əsas miqrasiya marşrutu üzərində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar  yerləşir. Azərbaycanda ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq ərazisi mövcuddur və bu ərazilərdə qışlama və köç mövsümündə müxtəlif növə məxsus 100 minlərlə quş toplanır”. Pepperoni pizza

Xidmət rəsmisi təbiətimizin özünəməxsus gözəlliyini seyr etmək istəyən və quşların müşahidəsinə marağı olan hər kəsi milli parklarımıza dəvət edir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!