Unibankda kredit ödənişi ilə bağlı müştəri narazılığı

saytların hazırlanması

Evə çatdırılma

Unibankda kredit ödənişi ilə bağlı müştəri narazılığı

İqtisadiyyat

13 Avqust 2026 16:15 383


Son günlər vətəndaşların banklarla bağlı narazılıqları səngimək bilmir. Bu dəfə vətəndaş Unibankın kredit ödənişi ilə bağlı narazılığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib.

Vətəndaşın sözlərinə görə, Unibanka aylıq 405 manat kredit ödənişi edir. O, hər dəfə qrafikdə nəzərdə tutulandan artıq və əvvəlcədən ödəniş etdiyini bildirib. Marqarita pizza

Onun iddiasına görə, bu ay üzrə qrafikdə 117 manat faiz nəzərdə tutulsa da, hesabından 134 manat tutulub. Vətəndaş dəstək xidmətinə müraciət etdiyini, lakin məsələ ilə bağlı aydın izah ala bilmədiyini qeyd edib.

“Deyilir ki, faiz gündəlik hesablanır, qrafikə uyğun ödəniş edin. Normalda artıq ödəniş etdikdə və qabaqcadan ödəniş olunanda əsas məbləğdən çıxılmalı, növbəti ayın faizləri daha az hesablanmalıdır. Faiz niyə artır?” – deyə vətəndaş soruşub.

Qeyd olunan iddialarla bağlı Unibankın mövqeyini dərc etməyə hazırıq. /gununsesi.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!