“Unibank”dan bank kartları ilə bağlı “U” dönüşü – Keşbek kəskin azaldılıb

“Unibank”dan bank kartları ilə bağlı “U” dönüşü – Keşbek kəskin azaldılıb

İqtisadiyyat Veb saytların hazırlanması

04 Oktyabr 2023 13:33 2023


“Unibank” bank kartları üzrə keşbek faizini kəskin endirib. 

Bu barədə  “Yeni Sabah” banka istinadən xəbər verir. Məlumata görə, oktyabr ayının 3-dən etibarən plastik kartlar üzrə keşbek faizləri 30%-dən 10%-ə endirilib. 

Bank həmçinin, Ucard üzrə də keşbek faizini 30%-dən 5%-ə endirib. Belə ki, bank yalnız bir xidmət üzrə 10%, digər xidmətlər üzrə isə əsasən 5%-dək keşbek təklif edir. 

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,4 milyon manatdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!