“Unicapital İnvestisiya Şirkəti” ASC-nin vergi borcu 81 min manata çatıb.
“Yeni Sabah” yerli mediaya istinadən xəbər verir ki, şirkətin hazırda dövlət büdcəsinə 81 min manat vergi öhdəliyi yaranıb.
“Unicapital” 2025-ci ili 300 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici əvvəlki illə müqayisədə 17,6 faiz azdır. Pepperoni pizza
“Qeyd edək ki, “Unicapital İnvestisiya Şirkəti” ASC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 min manatdır və səhmlərinin 100 faizi “Unibank” ASC-yə məxsusdur. Şirkətin qanuni təmsilçisi Vüqar Faiq oğlu Namazovdur.
Telegram kanalımız