UNICEF Qarabağ münaqişəsinə görə Azərbaycana yardım göndərdi - Fotolar
29 Noy 2020 13:40
537

UNICEF Qarabağ münaqişəsinə görə Azərbaycana yardım göndərdi - Fotolar

UNICEF-in Azərbaycandakı Nümayəndəliyi Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş qadın və uşaqları ilkin səhiyyə xidməti, tibbi yardımla təmin etmək üçün tərkibində dərman və ilk tibbi yardım materiallarının olduğu bağlamaları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təhvil verib.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bağlamaların 180-i Ağdam, Ağcabədi və Bərdə rayon xəstəxanalarına çatdırılacaq. Digərləri  isə UNICEF, TƏBİB və Regional İnkişaf İctimai Birliyinin birgə təşəbbüsü çərçivəsində bu rayonlardakı xəstəxanalardakı 20 körpə dostu otaqda fəaliyyət göstərəcək həkim və tibb bacılarına paylanılacaq. 

Bu təşəbbüs çərçivəsində ana südü ilə qidalandırma və  erkən uşaqlıq dövrü inkişafı və qayğısı üzrə xidmətlərin göstərilməsi də təmin ediləcək.

UNICEF Qarabağ münaqişəsinə görə Azərbaycana yardım göndərdi - Fotolar
UNICEF Qarabağ münaqişəsinə görə Azərbaycana yardım göndərdi - Fotolar
UNICEF Qarabağ münaqişəsinə görə Azərbaycana yardım göndərdi - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər