“Universitet tələbəsi yük maşını sürər?!“ - Cəsarət Valehov

saytların hazırlanması

Evə çatdırılma

“Universitet tələbəsi yük maşını sürər?!“ - Cəsarət Valehov

Sosial

14 Oktyabr 2021 20:00 1710


Xəbər verdiyimiz kimi, ötən gün 19 yaşlı Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi "Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi "Daewoo” markalı sərnişin avtobusunu vurub. Qəza nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb. M.Əzizovun qardaşı isə onun ikinci kurs tələbəsi olduğunu və qəzanı törədən zaman dərsə tələsdiyini deyib.

“Yeni Sabah” xəbər verir ki, sözügedən məsələ ilə bağlı Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Unikal.org-a açıqlamasında qəzanı törədən şəxsin tələbə olmadığını bildirib: 

"Universitet tələbəsi yük maşını sürər?! Bütün bu yazılanları biz şərh etməli deyilik ki?! O, sadəcə sürücü olub. Universitet tələbəsi olmayıb. Böyük yük avtomobili sürən şəxs adətən tələbə olmur axı. Tələbə həmin vaxt dərsdə olar”. Toyuqlu pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!