Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçirildi.
Cari tədris ilində ümumi təhsil müəssisələrində 98 649 nəfər XI sinfi bitirib. Artıq məzunlar universitetə doğru ilk addımlarını atırlar.
Lakin bu gün ali təhsil müəssisələrini bitirən yüz minlərlə tələbənin əksəriyyətinin oxuduğu istiqamət üzrə işləmədiyi hamıya məlumdur. Onların bir çoxu başqa istiqamətdə fəaliyyət göstərirlər. Məsələ ondadır ki, bir çox halda gənclər ali təhsilə məhz diplom almaq üçün baxırlar. pizza sifarişi
O zaman gənclərimiz öz vaxtlarını niyə boş keçirirlər? Niyə bütün valideynlər inadla övladlarının ali savadlı olmasını istəyir? Həmin diplomdan yararlanmayacaq şəxs vaxtını, pulunu niyə universitetə sərf edir?
Məsələ ilə bağlı Yenisabah.az-a tanınmış yazıçı Seyran Səxavət danışıb. O bildirib ki, valideynlərin bu arzusunda heç bir qəbahət görmür:
"Bu gün tələbələr universitetləri bitirirlər, sonra diplomu ola-ola sürücü, bənna, fəhlə, kuryer kimi çalışırlar. Sualın çox qısa, mükəmməl və möhtəşəm bir cavabı var. Bu cavabı isə mən yox, xalq, həmin uşaqları diplomlu görmək istəyən cəmiyyət verir. Xalq deyib ki, aşağını bəyənmirəm, yuxarıda da yerim yoxdur. Bu məsələdə uzun-uzadı heç bir izahata gərək yoxdur. Hamı istəyir ki, uşağı ali savadlı olsun. Buna da pis baxmıram, hamı istəyər, bunu oxuyanlar da istəyər ki, övladları universitet bitirsin, bu, təbiidir".
Yazıçı bəzi məzunların son zənglə universitet arasında qaldığını qeyd edib:
"Yerdə qalanı isə son zənglə universitet arasında qalan uşaqların taleyi ilə bağlıdır. Onlar nə son zəngdən qopa bilirlər, nə də universitetin canına hopa bilirlər. Qalıblar ortalıqda. Ən çox məni maraqlandıran da son zənglə universitet arasında qalan uşaqlarımızın taleyidir, Allah özü onlara kömək olsun.
Bəzən uşaq hansısa peşəni seçmək istəyir, amma valideynləri buna razı olmur, onun universitet tələbəsi olmasını istəyir. Valideynlər onun pisliyini istəmir. Biri var İqtisad Universitetini bitirib bank işçisi olasan, iqtisadiyyatçı olasan, bir də var, dəllək. Yaxşı iqtisadçı ilə dəlləyin arasında çox böyük fərq var. Bunu hər kəs bilir".
Əsmətxanım Rzazadə
Telegram kanalımız