Universitetlərdə hərbi kafedralar yenidən açılır? - Deputatdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Universitetlərdə hərbi kafedralar yenidən açılır? - Deputatdan açıqlama

Sosial

03 Fevral 2024 12:53 693


Vaxtilə Azərbaycan universitetlərində hərbi kafedralar fəaliyyət göstərirdi. Həmin kafedraların tədrisi sayəsində  ali məktəb tələbələri ilkin hərbi biliklərə yiyələnirdilər. Sonradan hərbi kafedralar bağlandı. 

Hərbi kafedraların bərpası ilə bağlı məsələ yenidən gündəm olub. 

Onların yenidən bərpasına ehtiyac varmı? Toyuqlu pizza

Məsələ ilə bağlı Modern.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, hərbi kafedraların əvvəldən ləğv edilməsi düzgün addım olmayıb:

"Mən düşünürəm ki, əvvəldən bu kafedraların ləğv edilməsi düzgün qərar deyildi. Vətən müharibəsində qələbə, bu gün baş verən hadisələr, gördüyümüz, həyata keçirdiyimiz işlər də göstərir ki, belə kafedraların olması önəmlidir. O dövrdə bu cür kafedraların olması zəurətdən irəli gəlmişdi. Sovet hökuməti bu zərurəti nəzərə alaraq, universitetlərdə hərbi kafedraları açmışdı". 

Deputat hərbi kafedraların yenidən açılmasının ancaq faydalı ola biləcəyini düşünür: 

"Hesab edirəm ki, belə kafedraların olmasına ehtiyac var. Hərbi kafedraların açılması ancaq ümumi məqsəd və hədəflərə töhfə verə bilər. Bu kafedraların açılmasına, qorunmasına və fəaliyyət göstərməsinə çalışmalıyıq ki, qarşımıza qoyduğumuz məqsəd və hədəfələrə nail olaq, gənclərimizi hərbi ruhda böyüməyə yönləndirə bilək. Bu, vətənpərvərlik, hərbiyə hazırlıq, hərbi inkişaf baxımından xüsusi önəm daşıyan məsələdir". 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!