“Universitetlərdə jurnalistikanı tədris etməyə ehtiyac yoxdur”   - Turan İbrahimov

saytların hazırlanması

Evə çatdırılma

“Universitetlərdə jurnalistikanı tədris etməyə ehtiyac yoxdur” - Turan İbrahimov

Sosial

26 İyul 2022 11:28 1056


Jurnalistika ixtisasına qəbul balı ildən-ilə aşağı düşür. Müşahidəçilər bunu jurnalistikanın nüfuzunun cəmiyətdə aşağı düşməsi ilə əlaqələndirirlər. Onların fikrincə, jurnalistika nüfuzlu peşə imicini itirdiyi üçün bu sahəyə maraq ilbəil azalır. 

Jurnalistika həqiqətənmi öz nüfuzun itirərək prestijsiz sahəyə çevirilir?

Mövzunu şərh edən tanınmış jurnalist Turan İbrahimov Yenisabah.az-a açıqlamasında bildirib ki, jurnalist olmaq üçün ali təhsil almaq vacib deyil. pizza

“Bunu xüsusi ilə praktikada da müşahidə etmək olar. Özüm Bakı Dövlət Universitetinin Jurnalistika ixtisasını bitirmişəm. Lakin bu sahədə elə peşəkar jurnalistilərimiz var ki, onların jurnalistik təhsili yoxdur. Bu cür hallarla nəinki Azərgbaycanda, dünyada da rast gəlmək mümkündür”.

Jurnalist qeyd edib ki, müasir jurnalistika ilə ənənəvi jurnalistika bir-birini tamamlamır:

“Jurnalistikanın nüfuzu aşağı düşməyib. Müasir jurnalistikaya keçid edə bilənlər hazırda öz peşələrində aktualdır və lazımi qədər bu peşənin öhdəsindən gələ bilirlər.

Azərbaycan universitetlərində jurnalistikanın tədris etmə metodikası köhnəlib, hətta deyə bilərəm ki, lazımsızdır. Məncə, heç buna ehtiyac da yoxdur. Fikrimcə, bu səbəbdən jurnalistikaya maarq ildən-ilə ölür”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!