Unun qiyməti kəskin şəkildə düşdü -   Çörək ucuzlaşacaq?

saytların hazırlanması

Evə çatdırılma

Unun qiyməti kəskin şəkildə düşdü - Çörək ucuzlaşacaq?

Sosial

27 İyun 2023 19:53 20761


İyunun 1-dən sonra Azərbaycanda unun qiyməti 14%-ə yaxın ucuzlaşıb.

Yenisabah.az Yeniavaz-a istinadla xəbər verir ki, topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 27,2-29 manat arasında dəyişib.

50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə - 27,2 manata "Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə - 29,2 manata "Neon” Firması satıb. Toyuqlu pizza

Bu ayın əvvəlində "Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 31,5 manata, "Neon” Firması isə 32,9 manata satıb.

Son 6 ay ərzində Azərbaycanda unun qiyməti təxminən 26%-dən və ya 10 manatdan çox ucuzlaşıb. Ötən ilin dekabr ayının sonlarında Azərbaycanda 50 kiloqramlıq unun kisəsi 38-39 manata satılıb.

Unun qiymətində 14% ucuzlaşma olsa da, çörəyin qiymətində ciddi dəyişiklik müşahidə olunmur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!