Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı - VİDEO

Sosial

15 Oktyabr 2026 23:27 85


Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası edilən Tovuz rayon sakini Rəşad Məmmədəliyev vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, mərhumun yaxınlarının Baku TV-yə verdiyi məlumata görə, Rəşad Bakıya gedərkən Kürdəmir rayonundakı restoranlardan birində nahar etdiyi zaman qəfil halı pisləşib. O, hadisə yerində dünyasını dəyişib.

Rəşadın anası oğlunun vəfatından danışarkən onun yaşamaq həvəsinin böyük olduğunu bildirib: pizza mizza

"Rəşad yaşamaq eşqində idi. Biz Rəşada 50 il ömür arzulamışdıq. Vallah, mən bilmirdim, həkimlər demişdi. İstədiyi qız da gəlmişdi. İlindən sonra icazə versəydilər, o qıza elçi gedib alacaqdıq. Hamısı yarımçıq qaldı", - deyə o bildirib.

Mərhumun yaxınları onun vəfatının ailəsi və dostları üçün ağır itki olduğunu bildiriblər. Onların sözlərinə görə, Rəşadın gələcəklə bağlı çoxlu arzuları olub. O, tam sağalaraq normal həyata qayıtmaq və ailə qurmaq istəyirdi. Lakin arzuları yarımçıq qaldı.

Qeyd edək ki, 2025-ci il oktyabrın 31-də Azərbaycanda ilk dəfə meyit donorundan götürülmüş ürək Tovuz rayon sakini Rəşad Məmmədəliyevə köçürülüb.

Mərhumun cənazəsi Bakıdan Tovuz rayonuna aparılıb və rayonun Öysüzlü kənd qəbiristanlığında dəfn edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!