Uşağını dodağından öpən valideynlərin   DİQQƏTİNƏ!

saytların hazırlanması

Evə çatdırılma

Uşağını dodağından öpən valideynlərin DİQQƏTİNƏ!

Sosial

29 Yanvar 2021 14:46 1345


Bir müddət əvvəl Viktroiya Bekhemin öz qızını dodağından öpərkən çəkdiyi şəklini sosial şəbəkədə paylaşması müzakirələrə səbəb olmuşdu.

Bəs görəsən psixoloqlar övladını dodağından öpən valideynlər haqqında nə düşünür?

Yenisabah.az xəbər verir ki, psixoloqlar valideynlərə azyaşlı övladlarını dodağından öpməyi məsləhət görmür. Dördpendirli pizza

Psixoloqların fikrincə bu uşağın öpüşmə ilə bağlı sərhəd anlayışına birbaşa mənfi təsir edir. Uşaq bunun simpatiya göstəricisi olduğunu düşünərək başqalarına qarşı bunu tətbiq etməyə cəhd göstərir və bunun intim hərəkət olduğunu dərk etmir.

Psixoloq Charlotte Reznick bildirib ki, ağız və dodaqlar uşaqların bədənlərinin ən həssas və zərif hissələridir. “Siz uşağı dodağından öpməklə, onun bunu başqasına da icazə verməsinə şərait yaradırsınız”, – Charlotte Reznick söyləyib.

Bundan başqa, ekspertlər düşünür ki, uşağı dodağından öpmək gigiyenik cəhətdən də məsləhətli deyil. Çünki, insan ağzında yüzlərlə bakteriya var ki, onlar böyüklər üçün təhlükəli olmasa da, azyaşlılar üçün risklidir./ Milli.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!