“Psixoloji testdən keçməyən müəllimlərin uşaqlarda psixoloji travma oyatma hissi olduqca çoxdur”.
Bunu Yenisabah.az-a açıqlamasında psixoloq Vəfa Rəşidova deyib.
O, Elm və Təhsil Nazirliyinin məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu zamanı namizədlərin psixoloji testə cəlb edəcəyini şərh edib. pizza hut
Xatırladaq ki, işə qəbul üzrə müsabiqədə namizədlər üçün minimum 35 keçid balı müəyyənləşdirilib. Minimum tələbi ödəyən bütün namizədlər isə müsahibə mərhələsində iştirak edəcəklər.
Vəfa Rəşidova yeni qaydanın tətbiqini dəstəkləyib:
“Bu, mütləq şəkildə lazım idi. Çünki məktəbəqədər təhsil müəssisələrində ara-sıra zorakılıq halları baş verir.
Əgər tərbiyəçi-müəllim qarşısındakı uşağa zor tətbiq edib təzyiq altına salarsa, hətta sözlə belə şiddətə baş vurursa, bu hal həmin müəllimin psixoloji sarsıntısından xəbər verir. Məhz buna görə də psixoloji testdən keçməyən müəllimlərin uşaqlarda psixoloji travma oyatma hissi olduqca çoxdur”.
Psixoloqun sözlərinə görə, müəllimlərdən savayı, evliliyə qədəm qoyan insanlar belə psixoloji testdən keçməlidir:
“Müəllimlər üçün bu test olduqca böyük əhəmiyyət kəsb edir. Onlar hər gün müəyyən çətinlik və stresslə üzləşirlər. Eyni zamanda, zəmanə uşaqları ilə işləmək olduqca çətindir. Ona görə də müəllimlər bu testi sığortalanmış halı kimi dəyərləndirməlidir. Zənnimcə, bu prosesin nəticəsi olduqca yaxşı nəticələnəcək”.
Həcər ƏMİRASLANLI
Telegram kanalımız