Uşaqlar arasında yeni növ viruslar yayılır - Pediatr

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlar arasında yeni növ viruslar yayılır - Pediatr

Sosial

20 Avqust 2023 07:43 3849


Son günlər uşaqların arasında yeni növ virus yayılır. Xəstəlik yüksək hərarətlə, ürək bulanması və ishalla müşahidə olunur. 

Həkim-pediatrların Turan-a bildirdiklərinə görə, son günlərdə xəstəxanalara bu simptomlarla müraciətin sayı bir neçə dəfə çoxalıb, hətta xəstəxanalara yerləşdirilən uşaqlar da var.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev Turana bildirib ki, son zamanlarda uşaqlar arasında rast gəlinən hallar adenovirusdur:  Dominos pizza

"Bu üst tənəffüs yolunu tutan viruslardur. Virus yüksək hərarət, öncə quru, daha sonra isə bəlğəmli öskürəklə müşahidə olunur. 5-6 gündən sonra əlamətlər yavaş-yavaş azalır". 

Ekspertin sözlərinə görə, virus toplum xarakterlidir: "Yəni, uşaqlar bir-birləri ilə yaxın təmasda olanda hava-damcı yolu ilə ötürə bilirlər.

Bəzi hallarda gözlərdə konyuktivit, mədə-bağırsaqda narahatçılıq da müşahidə edilir. Virusun müalicəsi simptomatikdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!