“Uşaqlar işləyib özlərinə ev alsınlar, mənə heç kim nəsə almayıb“
10 Avq 2020 17:55
466

“Uşaqlar işləyib özlərinə ev alsınlar, mənə heç kim nəsə almayıb“

Əməkdar artist Ədalət Şükürov karantindən bəhs edib. 

Yenisabah.az xəbər verir ki, Xəzər telekanalında yayımlanan  "5/5" proqramında qonaq olan ifaçı əvvəllər koronavirusa inanmadığını etiraf edib:

"Karantin heç kimə sərf etmir. Sabah toylar açılsa, əminəm ki, toya qonaqlardan yarıdan çoxu gəlməyəcək. Hamı qorxacaq. Əvvəl mən də inanmırdım ki, virus var. Çox istəyərdim restoranlar açılsın. Amma qaydalara əməl edilməlidir. Ən az iki-üç ay maska, spirtlə gəzməliyik”.

O, toylar üçün darıxdığını bildirib:

“Mən də toylar üçün darıxmışam. Kim istəməz ki, şad gündə iştirak etsin. Müğənni dostlarım var, deyirik ki, adam lap istəyir pulsuz oxusun. Bizdə nə var üzdədir. Öz həyatımı yaşayan adamam, çətinliklər çox görmüşəm. Ömür çox qısadır, istəyirəm onu yaxşı keçirim. Çoxu deyir ki, övladıma ev, iş, elə-belə olsun... Həyatdır, uşaqlar işləyir. Proqramları var, işləsinlər özlərinə alsınlar. Mənə heç kim nəsə alıb verməyib".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər