Sosial şəbəkələrdə azyaşlıların avtomobil idarə etməsi barədə görüntüləri paylaşma geniş vüsət alıb. Bəzən valideynlər etdikləri hərəkətin məsuliyyətini anlamadan sükanı uşaqlarına etibar edirlər. Belə hallar isə həm paytaxtda, istərsə də bölgələrdə baş verir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı açıqlamasında deyib ki, sürücülük hüququ olmayan şəxslərə nəqliyyat vasitələrini bilərəkdən etibar etməyə görə avtomobil sahibi 60 manat cərimə olunur:
“Sükan arxasında əyləşən şəxs 16 yaşdan yuxarıdırsa, ona 100 manat cərimə tətbiq oluna bilər. pizza mizza
Əlbəttə, sükan arxasına keçən azyaşlıları məsuliyyətə cəlb etmək olmur. Yalnız onların valideynləri barəsində inzibati tətbir görülür”.
E. Muradlı bu hərəkəti qətiyyətlə yolverilməz hesab edib:
“Bu olduqca təhlükəlidir. Vətəndaşlarımız bunu daim nəzərə almalıdır. Uşaqlara çox şey öyrətmək olar. Amma bunu onları təhlükə qarşısında qoyaraq etməməliyik. Yanaşma doğru deyil. Təlim üçün müxtəlif meydançalar var. Bu meydançalarda təlimçilərdən yalnız yetkinlik yaşına çatmış şəxslər faydalana bilər. Ən azından bilirik ki, peşəkar təlimçidən təlim alacayıq. Mən bunun tərəfdarıyam.
Cəmiyyətimiz olduqca köhnədüşüncəlidir. Məsələn, əvvəllər kəmər taxılmırdı və onu taxan şəxs daim gülüş okyektinə çevrilir. Amma zəmanə tamam fərqlidir.
Təəssüf ki, köhnə düşüncədə qalan insanlar çoxdur, uşaqlara yaxşı təhsil vermək yerinə, sükan arxasında əyləşdirirlər. Halbuki azyaşlıya maşın etibar etmək olmaz”.
Həcər ƏMİRASLANLI
Telegram kanalımız