Uşaqlarımızı ermənilərə nifrət ruhunda tərbiyə etməliyik?   - “Acgöz, həris, qonşu torpağına göz dikən...“

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlarımızı ermənilərə nifrət ruhunda tərbiyə etməliyik? - “Acgöz, həris, qonşu torpağına göz dikən...“

Sosial

21 Oktyabr 2021 12:40 3464


Ermənilər uşaqlarını türklərə qarşı nifrətlə böyüdürlər. Uşaq yenicə ayaq açanda onun qarşısına futbol topu ataraq, belə deyirlər: “Vur, türkün başıdır!” Azərbaycanda da bu tərbiyə üsulunu tətbiq etməyin tərəfdarları var. Bəzi adamlar hesab edirlər ki, azərbaycanlı uşaqlar həyatı dərk etməyə başlayan kimi onlarda ermənilərə qarşı nifrət hissini aşılamaq lazımdır. 

Uşaqları düşmənə nifrət hissi ilə tərbiyə etmək lazımdırmı? Ümumiyyətlə, onları necə tərbiyə etməliyik? 

Mövzunu “Yeni Sabah”a şərh edən psixoloq Gülər Məmmədova bildirib ki, uşaq tərbiyyəsi gələcəyin sağlam fərdini yetişdirmək üçün çox aktual bir məsələdir. Onun sözlərinə görə, valideynlər uşaq tərbiyəsində ən incə məqamları da nəzərə almalıdırlar: pizza mizza

“Hər aparıcı fəaliyyət növündə uşağın idrak prosessi inkişaf edir. Həmin o inkişaf prossesində də, insanın həyata bələd olması artır. İnsan həyatı valideynlərdən aldığı fikirlərə, ifadələrə, rəftarlara uyğun olaraq formalaşır. Bu psixoloji, bioloji faktorlara əsaslanır. Sosial faktor da var ki, bu da mühitdən gələn tərbiyyə, uyğunlaşmadır. Yəni valideynlərin uşaqlarını tərbiyə etməsi onların özlərinin ruhi sağlamlıqlarından asıldır. Özləri hansı psixoloji durumda olurlarsa, uşaqlarına da məhz həmin psixologiyanı təlqin edirlər. Valideynlərin bir çoxu uşaq tərbiyyə edərkən, “Mən bu sevgini yaşamamışam, qoy uşağım yaşasın”, “Mən bu həyatı yaşaya bilmədim, qoy o yaşasın” kimi ifadələri səsləndirirlər.”

Psixoloq qeyd edib ki, uşağı vətənpərvər ruhda böyütmək də olar, nasist ruhda böyütmək də:

“Yəni bu məsələ valideynin baza təhsilindən, xarakterindən, xüsusiyyətlərindən asılıdır. Genetik faktor kimi bunu deyə bilərəm ki, məsələn valideyn əsəbidirsə, təbii ki, uşağı da əsəbi olacaq. Həyat dolu, sevgi ilə böyüyən valideyn əlbəttə ki, bu enerjini öz uşağına ötürəcək. Bəzən də çətin həyat şəraitində böyüyən valideynlər öz uşaqlarını daha yaxşı həyat yaşamağa təhrik edirlər. Acgözlük, kiminsə torpağına göz dikmək, kimdənsə nəyisə oğurlamaq kimi keyfiyyətlər aşılandığı zaman şəxsi keyfiyyətləri itirərək mənfi xislətdə böyütmək deyil də, əksinə sevgi dolu, sağlam, mərhəmətli, öz dininə, mental dəyərlərinə qiymət verərək tərbiyələndirmək lazımdır. Bu zaman gələcəyin sağlam fərdi formalaşır. Uşağı acgöz, həris, qonşu dövlətin torpağını mənimsəyib, "o da məimdir, bu da mənimdir" ruhunda böyütmək doğru deyil. Tarixi faktlara əsaslanaraq, ədalət anlayışına söykənən uşaqlar böyütmək lazımdır.”

Ayzel 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Sizin açıqlamanın heç bir qaydada doğru deyil.Usaqlarimizi vəhşi Ermenilerin Xocalıda körpələrimizin analarımızı bacılarımızı nece oldurməklerini danışıb onların hansı bir səviyyəyə sahib olduğunu ve 1918 çi ildəki soyqırımı hamısını bildirməklə ermənilərin vəhşi düşmən olduğunu anlatmaliyoq ve bu ruhda boyutmeliyik.Neceki qucaqda çıxan korpeler tank beli de qayıtdı deyildiyi sözler kimi.Ermeniye qarşı qoy tərbiyəsiz amansız rəhmsiz əsəbi və s.olaq.Teki xalqımıza qarşı eden erkanli övlad olsunlar.Yersiz açıqlamalarla xalqın beynin yumayın.
    5 years ago