Pedofiliya tibbi ədəbiyyatda psixi pozuntu adlandırılır. Bu pozuntusolan şəxs yaxın qonşumuz, güvəndiyimiz dostumuz, ailə üzvümüz, müəllim, həkim və s. ola bilir.
Yenisabah.az danışan psixoloq Əfsanə Rüstəmova bu ehtimalı təsdiqləyərək qeyd edir ki, adətən, pedofillər situasiyanın gedişində öz gizli təbiətlərindən xəbər tuturlar. Daha sonra bunu etiraf edə bilmirlər:
“Uşaqların cinsi qısnanması halını qabaqlamaq üçün valideynlər övladlarını bu barədə məlumatlandırmalıdır. O zaman hər hansı bir fiziki və ya psixoloji təcavüzdə uşaqlar artıq pedofillə qarşılaşdığını hiss edir. Bunun qarşısı alınmadıqda çox travmatik hallar yaşanır. Toyuqlu pizza
Əlbəttə, aktın geçəkləşib-gerçəkləşməməsi də çox önəm daşıyır. Bu baş verdikdə artıq fiziki təmas, toxunuşlar, çirkin davranışlar uşaqların yaddaşına həkk olunur. Bu vəziyyətdən xilas olmaq üçün mütləq psixoloji dəstək verilməlidir.
Uşaqlar, təəssüf ki, ailədaxili cinsi istismara da məruz qala bilirlər. Bu cür təhlükənin kimdən gəlib-gəlməyəcəyini öncədən təxmin edə bilmərik. Ən yaxşı halda uşaqlarımızı ümumi məlumatlandırmalıyıq. Amma uşaqlara hadisələri detallı izah etmək onlarda psixoloji travma yarada bilər. “Dişi quyruq sallamasa”, “sən ona belə etməsəydin”, “sən ona belə baxmasaydın” “o cür gülməsəydin”, “belə geyinməsəydin” və s. kimi mühakimənin olunacağını hiss edən uşaqlar heç vaxt təcavüz və cinsi istismar vəziyyətlərini səsli şəkildə ailələrinə bildirmirlər”.
Əfsanə Rüstəmovanın sözlərinə görə, pedofillər də mütəxəssis dəstəyi almalıdır: “Onların reabilitasiyası üçün mütəxəssislərə ehtiyac var”.
Sonda psixoloq vurğulayıb: “Üzümü valideynlərə tutub deməliyik ki, istər övladlarınızın məruz qaldığı cinsi istismar, istər ailədaxili cinsi qısnama, istərsə də pedofiliyada bu, sizin və övladınızın günahı deyil. Sizə peşəkar dəstək lazımdır. Ümid edirəm ki, heç kim bu vəziyyətlə üz-üzə qalmaz. Amma qaldığı halda kömək alacağınız şəxsləri düzgün seçin”.
Nəzrin Cavadzadə
Telegram kanalımız