Uşaqların biri qonaq gəlibmiş - “Tok” vurub öldürən şagirdlərlə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Uşaqların biri qonaq gəlibmiş - “Tok” vurub öldürən şagirdlərlə bağlı açıqlama

Hadisə

15 Aprel 2024 12:09 385


Xəbər verdiyimiz kimi, İmişlidə iki yeniyetməni elektrik cərəyanı vurub. Hər iki yeniyetmə hadisə yerində dünyasını dəyişib. 

Məlumata görə, hadisə İmişli şəhər N.Şirinov adına 5 saylı məktəb-liseydə baş verib. 

Məlumata görə, məktəbin ərazisində yerləşən birmərtəbəli binanın üstünə çıxarkən 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlunu və 2010-cu il təvəllüdlü Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vurub. TƏBİB-dən bildirilib ki, 2010 və 2014-cü il təvəllüdlü 2 nəfərin (kişi cinsli) hadisə yerində ölüm faktı qeydə alınıb.  Dominos pizza

Vəfat edən şagirdlərin 8-ci sinifdə oxuduqları bildirilir. 

Modern.az baş verən hadisə ilə bağlı ətraflı məlumat öyrənmək üçün Mil-Muğan Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb. 

İdarədən verilən məlumatda hadisəni bazar günü günorta satlarında baş verdiyini bildirib: 

“Məktəbin ərazisində əlavə tikili var, uşaqlar arxa tərəfdən həmin tikilinin üstünə çıxıblar", - məlumatda qeyd olunub.

Bildirilib ki, vəfat edən şagirdlərdən biri - İsbərov Amid Seyran oğlu İmişli məktəbinin şagirdidir: "Digər yeniyetmə Qubadlı məktəbinin şagirdidir, Bakıdan qonaq gəlib. Hələki təfərrüatlı məlumat yoxdur.  Aidiyyatı üzrə araşdırma aparılır".  

Qurumdan qeyd olunub ki, hadisənin baş verdiyi tikinti məktəbin hasarına yaxın olan ərazidədir:

"Uşaqların niyə orada olduğu müəmmalıdır. Ora elə yerdir ki, gərək, nərdivan qoyub çıxasan. Həmçinin ərazidə ağaclıq var. O ağaclıqdan necə keçiblər, niyə keçiblər, bilinmir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!