“Təəssüf ki, insanların gözü qarşısında heyvan kəsiminə əksəriyyətin yanaşması neytraldır”.
Bunu Yenisabah.az-a açıqlamasında psixoterapevt Azad İsazadə deyib.
O, Qurban bayramında heyvan kəsimi zamanı bəzi hallara böyüklərlə yanaşı, uşaqların da mərasimdə iştirakına rəy bildirib: Dördpendirli pizza
“Təəssüf ki, insanların gözü qarşısında heyvan kəsiminə əksəriyyətin yanaşması neytraldır. Amma həssas insanlar var, onlar bu kimi hallarda hansısa emosional reaksiya verilə bilər. Buna görə hətta ət yeməkdən imtina edən pasientlərim olub. Üstəlik, yaydır və sanitar-epidemioloji vəziyyət nəzərə alınmalıdır. Heyvan kəsimi üçün xüsusi ayrılmış yerlər var. Kimin harada gəldi qoyun kəsməsini düzgün hesab etmirəm.
Adətən, kəsimi gözüylə görənlər daha çox ətdən yeməkdən imtina edir, amma qandan qorxanlar da olur.
Şüuraltıda baş verən kəskin reaksiyanın səbəbini 5-10 ildən sonra tapmaq çətindir. Bunun araşdırılması daha dərin diaqnostika tələb edir”.
İmamət İSMAYILOVA
Telegram kanalımız