Uşaqpulu bu tarixdən bərpa olunacaq? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Uşaqpulu bu tarixdən bərpa olunacaq? - AÇIQLAMA

Sosial

22 Noyabr 2024 19:48 13937


Hər zaman aktual olan əsas sosial mövzulardan biri də uşaqpulu məsələsidir. Bəs, 2025-ci ildən uşaqpulunun bərpası gözlənilirmi?

Mövzu ilə bağlı Sonxəbər.az-a sosioloq Üzeyir Şəfiyev danışıb.

Sosioloq, açıqlamasında qeyd edib ki, Azərbaycanda son illərdə təbii artımda heç vaxt olmadığı qədər enmə dinamikası müşahidə olunur: pizza

"Uşaqpulu adlanan, uşaqlar üçün nəzərdə tutulan müavinətin verilməsi məsələsi mütəmadi olaraq son zamanlar müzakirə mövzusuna çevrilib. Bununla bağlı hələki yekun nəticə əldə edilməyib. Uşaqpulu adlanan sosial müvinət Azərbaycanda tətbiq olunurdu, amma 2006-cı ildən bu dayndırıldı və onu ünvanlı sosial yardım əvəz etdi. Ancaq hesab edirəm ki, ünvanlı sosial yardım uşaqpulu adlanan müvinəti əvəz edə bilməz.

Uşaqpulu adlanan sosial müvinətin bərpa olunmağı üçün bir çox səbəblər var. İlk növbdə Azərbaycanda heç vaxt olmadığı kimi təbii artımda enmə dinamikası müşahidə olunur. Yəni, yenidoğulanların sayında azalma özünü göstərir. Hətta 2023-cü ilin statistikasına görə, əvvəllki ilə nisbətən təbii artım 15% aşağı düşüb. Bunun qarşısını almaq üçün yaxşı olar ki, Azərbaycanda demokratik siyasəti təşviq edən dəstək layihələri olsun, o cümlədən, uşaqpulu kimi, sosial müvinətlər də bərpa olunsun. Bununla da Azərbaycanı təhdid edən təbii artımın enmə təhlükəsini aradan qaldıra bilər. Digər mühim məsələ isə ondan ibarətdir ki, hökmən deyil ki, Azərbaycanda uşaqpulu 18 yaşa qədər verilsin. Ən azı 6 ,8, 10 yaşa qədər uşaqlar, sözügedən sosial müavinət verilə bilər.

Bundan əlavə isə, şərt deyil ki, bütün ailələrə və ya ailədəki bütün uşaqlara verilsin. Dəqiq sosial xəritə tərtib oluna bilər və xüsusilə də aztəminatlı ailədən olan uşaqlara həmin müvainət verilə bilər. 2025-ci ilin büdcə müzakirələrində də bildiyim qədər görürük ki, uşaqpulu adlanan sosial müavinətin bərpası gözlənilmir. Amma 2025-də olmasa da dəqiq proqnozlaşdırmaq olar ki, yaxın perspektivdə uşaqpulu adlanan sosial müavinətlərin bərpası qaçılmaz olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Tofiq
    Men usaq pulu ilə bagli kim ilə əlaqə saxlaya bilerem
    1 year ago
  • Xatun
    Usaq pulu ilə kim ilə maraqlanmaq ola r
    1 year ago
  • ..
    usaq pulu verilmelidi menimde 3 oglum var 2 ayada 1qizim olacaq sosial yardimda duzeltmek olmur usaq pulu verilsin
    1 year ago
  • İlqar
    Uşaq pulu 33 azn veriəcək.Bu məbləğ uşağin bir paltari etmir. Uşaq pulu minumum əmək pulu alanlara vacibdir və ən azi 300 azn dəyərində. Çünki böyük adamin paltarindan uşaq paltari bahadir.
    1 year ago
  • Gunel
    Menim 1 qızım var yoldaşım işləmir özümde FHN isleyirəm ele bir mayis indiki zamanede heç cür övlad böyütmək kirayə qalmaq olmur
    1 year ago
  • Aysel
    Salam mənim 2uşağım var 1də 2günə olajaq xaiş edirəm uşaq pulu dəstəyi verin yimək baha bez baha heç olmasa 3yaşa qədər kömək edin yemək pulunu versəzdə bəsdi
    1 year ago
  • Üzeyir
    Uşaqpulu verilməlidir, şəxsən mən övladlarımı çətinliklə böyüdürəm, onlara dövlətdən bir qəpikdə olsun xeyir gəlmir, amma əsgərlik vaxtı gələndə aparacaqlarki gəl dövlətə, vətənə borcunu ödə! Bəs dövlət mənə nə köməklik etdi uşaqlarımın böyüməsində?
    1 year ago
  • Üzeyir
    Uşaqpulunun verilməyi çox vacibdir, sosial yardımnnansa uşaqpulunun verilməsi daha yaxşı olar, həm əhali üçün həmdə dövlət üçün.
    1 year ago