“Uşaqpulu ilə bağlı bundan sonra…” – AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

“Uşaqpulu ilə bağlı bundan sonra…” – AÇIQLANDI

Sosial

10 Fevral 2024 08:58 1586


Bilirik ki, hal-hazırda ən aktual problemlərdən biri uşaqpulunun verilməsidir.

Günümüzdə maddi cəhətdən əziyyət çəkən, çoxuşaqlı ailələrin çox olmasıyla bərabər, gündəlik və aylıq xərcləri ödəmək olduqca çətinləşir. Bu səbəblə uşaqpulunun verilməsi müəyyən qədər əhalinin sosial vəziyyətini stabilləşdirə bilər.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Referans.az-a açıqlama verib: pizza

“Uşaqpulu ilə bağlı məsələnin bu dərəcədə genişlənməsinin əsas səbəbi işsizlik problemi və özəl sektorun zəifləməsidir. Özəl sektor işini gücləndirsə, bu qədər tələb olmaz. Digər tərəfdən “uşaqpulu” termininin özü də doğru izah olunmur. Əslində uşaqpulu müavinət formasında müəyyən qrup əhaliyə verilir. Bu müavinətlərin hüdudlarını genişləndirmək lazmdır ki, ehtiyacı olan insanlar və uşaqlara görə vəsait alınsın. Bunuda aşkarlıq prinsipi ilə bir daha cəmiyyətlə dialoqda izah etmək lazımdır. Təəssüf ki, bunu izah edəcək mexanizmlər lazımlı səviyyədə qurulmayıb. Ona görə də hər kəs bilib-bilmədən uşaqpulundan danışır. Amma “uşaqpulu” termini sovet terminidir. Burada müavinətlərdən söhbət getməlidir. Uşaqlara görə xeyli müavinət verilir. Amma əlçatmayan bir sıra kateqoriya uşaqlar var ki, müavinət ala bilmirlər. Onları müəyyən edib, həmin uşaqlara bu müavinətin verilməsini təmin etmək lazımdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bəşir
    Hər vaxdınız xeyir olsun sovet düz etmirdi ki uşaq pulu verirdi .niye soysyalı ləğv edib uşaq pulun berpa demirsiz .çünki sosyalı kasıb deyil yene memur qoum əqrəbəsi alır deye
    2 years ago