“Uşaqpulu tənbəllik yarada bilər” – Deputatın açıqlaması gündəm oldu

saytların hazırlanması

Evə çatdırılma

“Uşaqpulu tənbəllik yarada bilər” – Deputatın açıqlaması gündəm oldu

Sosial

21 May 2026 11:27 4229


“Bu gün ailələrə sosial müavinət verilir. Hesab edin ki, həmin uşaqpulu artıq sosial müavinət adı altında təqdim olunur. İnanın ki, bu gün ölkəmizdə uşaqpulunun geniş şəkildə müzakirəsi də yoxdur. Müəyyən mənada müzakirələr aparılır, amma onun real tətbiqi, hesab edirəm ki, hazırda günün mövzusu və müzakirə məsələsi deyil”.

“Yeni Sabah” Bakupost.az-a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Günay Ağamalı “Günə doğru” verilişdə bildirib.

Deputatın fikrincə, ailələr uşaq dünyaya gətirərkən dövlət dəstəyinə arxalanmamalıdır: Marqarita pizza

"Təbii ki, ailə övladı dünyaya gətirəndə bu yanaşma ilə yanaşarsa, inanın səmimiyyətimə, uşaqpulu verilsə belə, bundan daha çox tələblər qoyulacaq və bu, müəyyən mənfi tendensiyalara yol aça bilər.

Əslində, uşaqların dünyaya gəlməsi bir nəslin gələcək nəslə ötürülməsi deməkdir. Bu gün uşaqpulu tələbi müzakirə olunur, jurnalistlər tərəfindən də səsləndirilir, amma xüsusi ictimai müzakirələrdə, ən azı deyə bilərəm ki, millət vəkili olduğum iki il ərzində bununla tez-tez qarşılaşmamışam.

Uşaqpulu məsələsi gündəliyə gələrsə və tətbiq olunarsa, heç düşünmüsünüzmü ki, bu, valideynlərdə müəyyən asılılıq və ya tənbəllik yarada bilər? Yəni insanlar fikirləşə bilərlər ki, dövlət mənə uşaqpulu verir, mən artıq işləməyim. Bu, doğru yanaşma deyil. İnsanları əməyə alışdırmaq lazımdır, onları nələrdənsə asılı vəziyyətə salacaq imkanlar yaradılmamalıdır. Amma dediyim kimi, hazırda digər ad altında sosial müavinətlər verilir və şərtlər də çətin deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Samir
    Bu ne danışır uşağ pulu maksimum bizd verseler 300 manat vereller onla tembeleşmey olar bu ne mentiqdi. Özü oxusa yaxşı olar Yaponya dünyanı 2 əsr qabağlayıb cünki bele deputatı ve dövlet qulluğcusu yoxdu.
    2 months ago
  • Üzeyir Manafov
    Belə deputatlar ölkənin üzqarasıdırlar, bunlar Azərbaycan ölkəsinin inkişafını qətiyyən istəmirlər, istəsəydilər danışıqlarına fikir verərdilər. Bunlar milli məclisdə 7000 maaş alıb mürgüləməkdən başqa heçnə qanmırlar. Heyif Azərbaycan xalqı gör bizə kimlər vəkillik edir!!!
    2 months ago
  • RAHIM
    DEPUTAT. YOX, TƏYİN OLUNAN " deputat". HƏQİQİ SEÇKİDƏ QALİB GƏLSƏYDİ ELƏ FİKİR SÖYLƏMƏZDİ.
    2 months ago
  • Elvin
    Mənə sosiyal almaq sərf edər ammki sənədlərin dalınca düşməkdən bezdim, ehtiyyatda olan gizir 2- ci qrup hərbi əliləm, heç olmazsa uşaq özünün məktəb paltarını almaq üçün mütləq şəkildə hardasa işləməlidir, 660, AZN pensiya alıram onunla 2 uşaqı necə sağlam böyütmək mümkündür?
    2 months ago
  • Vaqif
    Bu kimi deputat adı altında yasayanlar məhv etdi bizim usaqlarimızın gələcəyəni,buna nə deyəsən.
    2 months ago
  • Murad
    Zalimin balasi millət tenbəlləşmir ee iş axdarir belə gedse 2030 ilə qəder Azerbaycanda ne evlənən olacax nədə uşaq
    2 months ago