ÜST-dən xəbərdarlıq - Şəkər xəstələrinin sayı artacaq 

saytların hazırlanması

Evə çatdırılma

ÜST-dən xəbərdarlıq - Şəkər xəstələrinin sayı artacaq 

Sosial

23 İyun 2023 17:46 629


ÜST ekspertləri və aparıcı həkimlər belə qənaətə gəliblər ki, bütün dünya ölkələri bu xəstəliyin yayılmasına qarşı mübarizə tədbirləri görməsələr, əsrin ortalarına qədər dünyada şəkərli diabet xəstələrinin sayı indiki 529 milyondan 1,3 milyarda çatacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə cümə günü Sietldəki Sağlamlıq Ölçmələrinin Öyrənilməsi üzrə Amerika İnstitutunun (IHME) mətbuat xidməti məlumat yayıb. 

"Şəkərli diabet hal-hazırda dünya əhalisinin təxminən 6,1%-nə təsir edir və onu ölüm və əlilliyin əsas 10 səbəbindən birinə çevirir. Yaxın 30 ildə daşıyıcıların sayı iki dəfədən çox artacaq, bu artım xüsusilə Şimali Afrika, Yaxın Şərqə təsir edəcək. Burada şəkərli diabet daşıyıcılarının sayı 11,3%-dən 17,8%-ə qədər olacaq” - məlumatda deyilir.  pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!