“Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atılmasını böyük problemə çevirməyək” - Yazıçı

saytların hazırlanması

Evə çatdırılma

“Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atılmasını böyük problemə çevirməyək” - Yazıçı

Sosial

04 Yanvar 2023 16:18 901


“Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atılmasını böyük problemə çevirməyək. Ayaqqabı zarafatla atılıbsa, sadə bir nəzakətsizlikdir. Mədəni şəkildə başa salmaqla məsələni bitmiş saymaq olar”.

Yenisabah.az xəbər verir ki, bunu yazıçı Şərif Ağayar bildirib.

Yazıçının sözlərinə görə, daha ciddi problemlərə diqqət etmək lazımdır: “Üzeyir bəy sağ olsa, bu hadisə onu heç 8-ci dərəcəli iş kimi də maraqlandırmazdı. Gənclikdən şikayət etmək asandır, lakin bir balaca dərinə gedəndə zurna fırt eləyir. Oxuyan, kitabla tərbiyə olunan adamların aqibətini görüb, haqlı olaraq həvəsdən düşürlər. Problem gənclikdə deyil. Nəticələrlə mübarizə aparmaq nəticə verməz. Səbəblərə baxmaq lazımdır. Korrupsiyanın, seçki saxtakarlığının, məmur özbaşınalığının bu qədər geniş yayıldığı bir məmləkətdə şəxsən gənclərə ağıl verməyə uatanıram. Dönüb adama deyərlər: Qurduğunuz ölkə bu deyil, nə yekə-yekə danışırsınız?” Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!