“Üzlərindəki nuru yoxa çıxarırlar” - Çingiz Mustafayevdən xanımlara tənqid - Video

saytların hazırlanması

Evə çatdırılma

“Üzlərindəki nuru yoxa çıxarırlar” - Çingiz Mustafayevdən xanımlara tənqid - Video

Şou

08 Mart 2020 15:17 1073


Xalq artisti Zülfiyyə Xanbabayeva ARB kanalında yayımlanan “Söhbət var” verilişində qonaq olub. 

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan xanımlarının gözəlliyindən danışan sənətçi onlara tərif yağdırıb: 

“Bizim xanımlar çox gözəldir. Onların mayası, xəmirləri o qədər gözəl yoğrulub ki, üzlərində nur olur. Kimsə özünə baxırsa, estetik müdaxilə edirsə, bu normal bir şeydir. Amma bizim xanımlarımızın üzündə nur var”. pizza

Proqramda qonaq olan müğənni Çingiz Mustafayev isə xanımları tənqid edib: 

“Sizə elə gəlmir ki, artıq xanımlar biri-birinə oxşamağa başlayıblar? Allah onlara gözəllik verib, amma üzlərindəki nuru yoxa çıxarmaq üçün əllərindən gələn hər şeyi edirlər. Qadın olur ki, toya gedəndə istəyir ki, gözəl görünsün. Salonda özünü elə günə salır ki, daha da pisləşir. Normalda daha qəşəng olurlar”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!