Vahid Əlaqələndirmə Mərkəzi avqustun 23-dən fəaliyyətə başlayır

saytların hazırlanması

Evə çatdırılma

Vahid Əlaqələndirmə Mərkəzi avqustun 23-dən fəaliyyətə başlayır

Sosial

22 Avqust 2021 23:56 1365


Prezident İlham Əliyevin müvafiq qərarı ilə yaradılan Vahid Əlaqələndirmə Mərkəzi avqustun 23-dən fəaliyyətə başlayır.

Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib.

Qeyd edilib ki, mərkəzlərdə 7 dövlət orqanı üzrə 26 istiqamətdə xidmətlər təqdim ediləcək. Sezar pizza

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə:

- müxtəlif arayışların verilməsi;

- əlilliyin müəyyən edilməsi,

- reabilitasiya vasitələri ilə təminat;

- məşğulluq xidmətləri;

- pensiya, müavinət və təqaüdlərin təyini;

- peşə-əmək reabilitasiyası, sosial məişət xidmətlərinin göstərilməsi, sanatoriya-kurort tyovkaları ilə təminat.

Müdafiə Nazirliyi üzrə:

- şəhid və şəhid ailəsi statusu, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciətlərin qəbulu;

- orden və medallarla təltif olunma üçün müraciətlərin qəbulu;

- xəsarət və əlilliyin müəyyən edilməsi üzrə arayışlar verilməsi məqsədilə müraciətlərin qəbulu;

- sığorta ödənişləri ilə bağlı tələb olunan sənədlərin verilməsi üçün müraciətlərin qəbulu.

Səhiyyə Nazirliyi üzrə:

- tibbi yardım göstərilməsi ilə bağlı müraciətlərin qəbulu.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə:

- hərbi xidmətkeçmə haqqında arayış verilməsi;

- çağırışçılara müddətli həqiqi hərbi xidməti hansı hərbi hissədə keçdikləri barədə məlumat verilməsi;

- müharibə veteranlarına və şəhid ailələrinə müvafiq arayışların verilməsi;

- hərbi qeydiyyatda olma barədə arayış verilməsi.

Yerli icra hakimiyyəti orqanları üzrə:

- yaşayış sahəsinə ehtiyaca dair müraciətlərin qəbulu;

- yaşayış sahəsi üzrə növbəliliyin ailə üzvləri üçün saxlanılması barədə müraciətlərin qəbulu;

- ailə tərkibi barədə və digər arayışların verilməsi;

- şəhid adının əbədiləşdirməsi barədə müraciətlərin qəbulu.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə:

- səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu;

- immunoprofilaktikaya dair məlumat verilməsi;

- tibbi arayışların elektron registrindən məlumatların verilməsi.

Dövlət Sığorta Kommersiya Şirkəti üzrə:

- həlak olmuş, əlilliyi müəyyən edilmiş və xəsarət almış hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu.

/APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!