Vahid Ələkbərovun xanımı Rusiyanın ən varlı qadınları SİYAHISINDA

saytların hazırlanması

Evə çatdırılma

Vahid Ələkbərovun xanımı Rusiyanın ən varlı qadınları SİYAHISINDA

Dünya

27 Avqust 2026 14:01 220


Rusiyanın "Forbes" jurnalı 2026-cı il üçün ölkənin ən varlı qadınlarının siyahısını təqdim edib.

“Yeni Sabah” Musavat.com-a istinadla xəbər verir ki, siyahının lideri sərvəti 5 milyard dollar (təxminən 8,5 milyard manat) qiymətləndirilən "Wildberries"in baş direktoru Tatyana Bakalçuk olaraq qalır.

Reytinqə əsasən, 16-cı yeri "LUKOIL"un prezidenti Vahid Ələkbərovun həyat yoldaşı, 69 yaşlı özəl investor Larisa Ələkbərova tutub. pizza

"Forbes" onun kapitalını 500 milyon dollar (850 milyon manatdan çox) dəyərində qiymətləndirib. 

Nəşrin məlumatına görə, Larisa Ələkbərova "LUKOIL"un affilliasiya olunmuş şəxslər siyahısında ilk dəfə 2007-ci ildə, şirkətin 0,17% səhminə sahib olduğu vaxt görünüb.

Sonradan onun payı, o cümlədən "LUKOIL"un öz səhmlərini geri alması hesabına artıb.

Nisbətən kiçik paketə malik olmasına baxmayaraq, bu pay Ələkbərovaya milyonlarla dollar dividend gəliri gətirir. Xüsusilə, 2018-ci ildə vergilər ödənildikdən sonra onun dividend gəliri 4,5 milyon dollar (təxminən 7,65 milyon manat) təşkil edib.

Bundan əlavə, Larisa Ələkbərova aktivləri "Forbes"in məlumatına görə 231 milyard rubldan (təxminən 4,59 milyard manat) çox olan "Müasir İnvestisiya Sistemləri" şirkətinin 10%-lik payına sahibdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!